Tag Archives: illik hesabat

Quruzma kəndində illik hesabat tədbiri təşkil olunmuşdur.

17 yanvar 1012-ci il tarixində Ceyhun Osmanlı Sabirabad Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Quruzma kənd İcra Nümayəndəliyinin illik hesabat tədbirində iştirak etmişdir. Əvvəlcə Quruzma kənd icra nümayəndəsi Eyvaz Fərzəliyev, daha sonra isə Quruzma kənd bələdiyyəsinin sədri Fazil Əliyev geniş hesabat məruzə etmişlər. Kənd əhalisi çıxışlar zamanı öz razılıqlarını ifadə edərək Quruzma icra nümayəndəliyindən əlavə bir neçə kəndi əhatə edən və müasir standartlara cavab verən 68 km-lik  “Qaraqaşlı-Narlıq” yolunun qısa zamanda çəkilərək istifadə verilməsinin əhaliyə göstərilən diqqət və qayğının bariz bir nümunəsi olduğunu bildirmişlər.

Tədbirdə çıxış edən Ceyhun Osmanlı 5 kəndi əhatə edən və 11000-dən yuxarı əhalisi olan Quruzma kənd İcra nümayəndəliyində yaşayan seçicilərə görülən və görüləcək işlər barədə məlumat vermişdir. Burada bir çox seçicilərlə görüşülmüş təklif və müraciətlər qeydə alınmışdır. Deputat yaxın aylarda Qəzli kəndində yeni xəstəxananın tikilərək vətəndaşların xidmətinə təqdim olunacağını bildirmişdir. Bu xəbər seçicilər tərəfindən böyük sevinclə qarşılanmış və görülən işlərə görə öz dərin minnətdarlıqlarını bildirmişlər. Sonda seçicilərlə xatirə şəkilləri çəkilmişdir.

Advertisements
%d bloqqer bunu bəyənir: