Tag Archives: ceyhun osmanli

Mərhum sabirabadlı şair Sabir Novruzovun ilk şeir kitabının təqdimat mərasimi keçirilib.

Mərhum sabirabadlı şair Sabir Novruzovun ilk şeir kitabı olan “Söz Allah Sevgisidir” kitabının təqdimat mərasimi keçirilib. Tədbir mərasimi mərhum Sabir Novruzovun uzun illər müəllim kimi fəaliyyət göstərdiyi 2 saylı N. Nərimanov adına orta məktəbdə baş tutub. Burada bir çox seçicilərlə görüşülmüş, çıxışlar zamanı Sabir Novruzovun ailəsi, dostları, müəllim yoldaşları kitabın çap olunmasında göstərilən dəstək və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər. Oxumağa davam et

Advertisements

Quruzma kəndində illik hesabat tədbiri təşkil olunmuşdur.

17 yanvar 1012-ci il tarixində Ceyhun Osmanlı Sabirabad Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Quruzma kənd İcra Nümayəndəliyinin illik hesabat tədbirində iştirak etmişdir. Əvvəlcə Quruzma kənd icra nümayəndəsi Eyvaz Fərzəliyev, daha sonra isə Quruzma kənd bələdiyyəsinin sədri Fazil Əliyev geniş hesabat məruzə etmişlər. Kənd əhalisi çıxışlar zamanı öz razılıqlarını ifadə edərək Quruzma icra nümayəndəliyindən əlavə bir neçə kəndi əhatə edən və müasir standartlara cavab verən 68 km-lik  “Qaraqaşlı-Narlıq” yolunun qısa zamanda çəkilərək istifadə verilməsinin əhaliyə göstərilən diqqət və qayğının bariz bir nümunəsi olduğunu bildirmişlər.

Tədbirdə çıxış edən Ceyhun Osmanlı 5 kəndi əhatə edən və 11000-dən yuxarı əhalisi olan Quruzma kənd İcra nümayəndəliyində yaşayan seçicilərə görülən və görüləcək işlər barədə məlumat vermişdir. Burada bir çox seçicilərlə görüşülmüş təklif və müraciətlər qeydə alınmışdır. Deputat yaxın aylarda Qəzli kəndində yeni xəstəxananın tikilərək vətəndaşların xidmətinə təqdim olunacağını bildirmişdir. Bu xəbər seçicilər tərəfindən böyük sevinclə qarşılanmış və görülən işlərə görə öz dərin minnətdarlıqlarını bildirmişlər. Sonda seçicilərlə xatirə şəkilləri çəkilmişdir.

Sabirabad rayonunda 20 yanvar qurbanlarının anım tədbiri keçirilmişdir

17 yanvar 2012-ci il tarixində Sabirabad rayonunda 20 yanvar hadisəsinin 22-ci il dönümünə həsr olunmuş tədbir təşkil olunmuşdur. Əvvəlcə rayon Ağsaqqallar şurasının sədri Şərif Məmmədbəyov həmin illərdə yaşadığı xatirələrdən söz açaraq gənclərə öz tövsiyyələrini bildirmişdir. Daha sonra söz verilən tarixçi müəllim Üzeyir Abbasov tarixi faktlara əsaslanaraq qanlı yanvar hadisələri barədə gənclərə ətraflı məlumat vermişdir. Oxumağa davam et

Millət vəkili Ceyhun Osmanlı büdcə müzakirələri zamanı təklif vermişdir.

Noyabrın 17-də Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan Hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2012-ci il dövlət və icmal büdcələri layihələrinin müzakirəsi keçirildi. Oxumağa davam et

Джейхун Османлы: “Чем больше молодежи едет учиться за рубеж, тем громче слышен голос Азербайджана”

– 26-27 августа в Баку пройдет IX Международный форум азербайджанской молодежи, обучающейся и получившей образование за рубежом (ASAIF). В чем актуальность и необходимость проведения данного форума?

– Этот форум качественно отличается от предыдущих, поскольку на нем из 35 стран мира примет участие свыше 400 молодых людей, обучающихся и получивших образование за рубежом. Год от года расширяется география участников форума ASAIF, все больше молодых людей подают заявки на участие в нем. Oxumağa davam et

Распоряжение Президента Азербайджанской Республики o дополнительных мерах по улучшению обеспечения питьевой водой населения Сабирабадского района

Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

1.Из предусмотренного в государственном бюджете Азербайджанской Республики на 2011 год Резервного фонда Президента Азербайджанской Республики выделить Министерству экологии и природных ресурсов Азербайджанской Республики на сооружение водоочистных установок модульного типа в населенных пунктах Шых Салахлы, Булаглы, Гаратугай, Ханкечен, Поладтугай Сабирабадского района с населением 8 тысяч человек средства в размере 960 (девятьсот шестьдесят) тысяч манатов. Oxumağa davam et

Sabirabad rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sabirabad rayonunun 8 min nəfər əhalisinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 960 (doqquz yüz altmış) min manat məbləğində vəsait ayrılsın. Oxumağa davam et

Ceyhun Osmanlı Yapon mədəniyyətinə həsr olunmuş tədbirdə iştirak etmişdir

15 avqust 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində Yapon mədəniyyətinə həsr olunmuş tədbir həyata keçirilmişdir. Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, Yaponiya səfirinin xanımı Atsuko Vatanabe, səfirliyin əməkdaşı Mequmi Maekava, “Simurq” mədəniyyət assosiasiyasının rəhbəri, kulturoloq Fuad Məmmədov, “İnkişaf və Dünya” İctimai Birliyinin sədri Namazəli Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Namiq Hüseynov, JAAZ Assosiasiyasının sədri Rüfət Əhməd və assosiasiyanın əməkdaşları, həmçinin media nümayəndələri iştirak etmişlər. Oxumağa davam et

Ceyhun Osmanlı Ukraynada təhsil alan azərbaycanlı gənclərlə görüşmüşdür.

19 Avqust 2011-ci il tarixində “Ukraynadakı Azərbaycanlı Gənclərin Birliyi”nin 10 nəfərlik nümayəndə heyəti ilə görüş təşkil olunmuşdur. “İRƏLİ” Gənclik Mərkəzində baş tutan görüşdə Birliyin sədr müavini Cavid Hüseynzadə və baş katibi Ayaz Salmanov təşkilatları və Ukraynadakı fəaliyyətləri barədə görüş iştirakçılarına ətraflı məlumat vermişlər. Oxumağa davam et

Ceyhun Osmanlı: “Oktyabrda Gəncədə Dünya Gənclər Festivalı təşkil olunacaq”

Sözügedən layihə “İrəli” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilir. “Dövlət proqramına uyğun olaraq, hər il bir şəhərimiz gənclər paytaxtı olacaq. Biz də qərara gəldik ki, Gəncədən başlayaq. Həmçinin festival zamanı Gəncədə “Nizami Gəncəvi günləri” keçiriləcək”. Oxumağa davam et

%d bloqqer bunu bəyənir: