Ceyhun Osmanlı Berlində konfransda iştirak edib.

Berlində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Təhsil – Perspektivlər – Müvəffəqiyyətlər” mövzusunda keçirilən konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Almaniyadakı nümayəndəliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Oxumağa davam et

Advertisements

Ceyhun Osmanlı “Sağlam Gənclik Naminə” layihəsinin açılış mərasimində iştirak etmişdir.

21 Oktyabr 2011-ci il tarixində “İRƏLİ” Gənclər Mərkəzinin “Şuşa” zalında“İRƏLİ” İctimai Birliyi, “Airmed” şirkəti və “Ailə Həkimi” jurnalının təşkilatçılğı ilə “Sağlam Gənclik Naminə” layihəsinə start verilmişdir.

Mərasimdə Milli Məclisin Sosial Siyasət komitəsinin sədri  Hadı Rəcəbli, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,  Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini, Respublika AİDS-lə mübarizə mərkəzinin sədri Həqiqət Qədirova, millət vəkili Elmira Axundova, millət vəkili Sevinc Hüseynova, millət vəkili Azər Badamov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının koordinatoru Məzahir Əfəndiyev iştirak etmişlər. Oxumağa davam et

Ceyhun Osmanlı Gəncədə keçirilən “Dünya Gənclər Festivalı”nda iştirak etmişdir.

13-20 Oktyabr 2011-ci il tarixlərində Azərbaycanda Dünya Gənclər Festivalı keçirilmişdir. 7 gün davam edən festivalın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdən ibarət olmuşdur.

Festivalın ilk 2 günü Bakı şəhərində, digər günləri Gəncədə olmaqla, Göygöl, Şəmkir, Tovuz, Şəki və Qəbələ rayonlarına səfərlər təşkil olunmuşdur. Oxumağa davam et

Ceyhun Osmanlı: “Azərbaycanın siyasətində əsas prioritet gənclərin inkişafıdır”

Millət vəkili Ceyhun Osmanlı Azərbaycan Gənclərinin VI Forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan kimi gənc bir dövlətin “Eurovision- 2011”də qələbə qazanması böyük bir mədəni uğur olaraq dəyərləndirilə bilər:

“Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv oldu. Bu, onillərlə BMT-nin üzvü olan bir çox dövlətin arzusunda olduğu bir nailiyyət idi ki, Azərbaycan da bunu özünün apardığı düzgün siyasəti ilə qazandı. Azərbaycanın siyasəti gələcəyə hesablanıb və indi qazanılan bütün uğurlar ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir”. Oxumağa davam et

Ceyhun Osmanlı “Azərbaycanı tanı” kitabının və www.discoverazerbaijan.az veb səhifəsinin təqdimat mərasimində iştirak etmişdir

5 oktyabr 2011-ci il tarixində Kempinski Hotel Badamdarda “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, ZQAN Holdinq və Azercell şirkətlərinin dəstəyi ilə hazırlanmış “Azərbaycanı tanı” kitabının və www.discoverazerbaijan.azveb səhifəsinin təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, biznes sektorunun rəhbərləri, KİV struktur rəhbərləri və nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan “Azərbaycanı tanı” layihəsinin rəhbəri, “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı mərasim iştirakçılarını salamlamış, müstəqilliyimizin 20-ci il dönümünə həsr olunmuş kitabın təqdimatında iştirakından dolayı onlara təşəkkür etmişdir.

Oxumağa davam et

Джейхун Османлы: “Чем больше молодежи едет учиться за рубеж, тем громче слышен голос Азербайджана”

– 26-27 августа в Баку пройдет IX Международный форум азербайджанской молодежи, обучающейся и получившей образование за рубежом (ASAIF). В чем актуальность и необходимость проведения данного форума?

– Этот форум качественно отличается от предыдущих, поскольку на нем из 35 стран мира примет участие свыше 400 молодых людей, обучающихся и получивших образование за рубежом. Год от года расширяется география участников форума ASAIF, все больше молодых людей подают заявки на участие в нем. Oxumağa davam et

Распоряжение Президента Азербайджанской Республики o дополнительных мерах по улучшению обеспечения питьевой водой населения Сабирабадского района

Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

1.Из предусмотренного в государственном бюджете Азербайджанской Республики на 2011 год Резервного фонда Президента Азербайджанской Республики выделить Министерству экологии и природных ресурсов Азербайджанской Республики на сооружение водоочистных установок модульного типа в населенных пунктах Шых Салахлы, Булаглы, Гаратугай, Ханкечен, Поладтугай Сабирабадского района с населением 8 тысяч человек средства в размере 960 (девятьсот шестьдесят) тысяч манатов. Oxumağa davam et

Sabirabad rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sabirabad rayonunun 8 min nəfər əhalisinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 960 (doqquz yüz altmış) min manat məbləğində vəsait ayrılsın. Oxumağa davam et

Ceyhun Osmanlı Yapon mədəniyyətinə həsr olunmuş tədbirdə iştirak etmişdir

15 avqust 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində Yapon mədəniyyətinə həsr olunmuş tədbir həyata keçirilmişdir. Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, Yaponiya səfirinin xanımı Atsuko Vatanabe, səfirliyin əməkdaşı Mequmi Maekava, “Simurq” mədəniyyət assosiasiyasının rəhbəri, kulturoloq Fuad Məmmədov, “İnkişaf və Dünya” İctimai Birliyinin sədri Namazəli Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Namiq Hüseynov, JAAZ Assosiasiyasının sədri Rüfət Əhməd və assosiasiyanın əməkdaşları, həmçinin media nümayəndələri iştirak etmişlər. Oxumağa davam et

Ceyhun Osmanlı Ukraynada təhsil alan azərbaycanlı gənclərlə görüşmüşdür.

19 Avqust 2011-ci il tarixində “Ukraynadakı Azərbaycanlı Gənclərin Birliyi”nin 10 nəfərlik nümayəndə heyəti ilə görüş təşkil olunmuşdur. “İRƏLİ” Gənclik Mərkəzində baş tutan görüşdə Birliyin sədr müavini Cavid Hüseynzadə və baş katibi Ayaz Salmanov təşkilatları və Ukraynadakı fəaliyyətləri barədə görüş iştirakçılarına ətraflı məlumat vermişlər. Oxumağa davam et

%d bloqqer bunu bəyənir: