Bio

Ceyhun Osmanlı

Ceyhun Yunis oğlu Osmanlı 30 yanvar 1982 – ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

10 uşaqlı böyük bir ailənin ilk nəvəsi olub… Atası və anasının tələbkarlığına baxmayaraq məktəbə gedincəyədək 2 babanın və 2 nənənin sevimli nəvəsi kimi böyüyüb. Ona görə də onun uşaqlıq illərinin formalaşmasına səbəb olan uşaq bağçasındakı tərbiyəçisi Xədicə müəlliməni tez-tez yada salır.

Təhsil

1989 – cu ildə Bakıdakı 48 saylı orta məktəbdə təhsilə başlasa da, 1993-cü ildən Bakı Özəl Türk litseyində davam edib və 1999 – cu ildə təhsilini elə orada tamamlayıb. 1999 – cu ildə Bakı Dövlət Universitetinə daxil olub.

2003 – də Politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005 – ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

Akademik təhsilə davam edərək Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasına qəbul olub və hal-hazırda elmi işini müvəffəqiyyətlə tamamlamışdır.

2007 – ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən “SENSE” Proqramının, 2008 – ci ildə Harvard Universiteti (Boston, ABŞ) “Liderlər İnkişafda Proqramı”nın məzunudur.

Karyera

Hər zaman könüllü işlərə, könüllü fəaliyyətə can atıb. Məhz bu istək 1999-cu ildə Azərbaycan Könüllülər İctimai Birliyini yaratmasına səbəb olub.
Könüllü olaraq başlayan fəaliyyət elə geniş vüsət aldı ki, 2005-ci ildə Avropa Şurasının Baş katibi Terry Davis tərəfindən Avropada ən yaxşı birliklərdən biri kimi Azərbaycan Könüllülər İctimai Birliyi xüsusi sertifikatla mükafatlandırıldı…

Ceyhun Osmanlı 2005-ci ildə Qafqazda ilk Gənclər Parlamentinin yaradılmasına nail oldu. Parlamentin iclasları Space TV-də yayımlanırdı.
2005-də “İRƏLİ” yarandı….. “İRƏLİ” gənclər hərəkatı, sonra da “İRƏLİ” ictimai birliyi….

Universitet illərindən ictimai fəaliyyətə başlayan Ceyhun Osmanlı

Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti (2000 – 2006);
Avropa Şurası Gənclər Məsələləri Üzrə Məsləhət Şurası və Proqram Komitəsinin üzvü (2002 – 2005);
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının Baş Katibi (2004 – 2006);
Azərbaycan Gənclər Parlamentinin sədri olub (2006 – 2009).

Yüzlərlə xarici səfər, təlim kursları, müxtəlif mövzulu seminar və konfranslarda, simpozium və yubileylərdə Azərbaycanı təmsil edib, eyni zamanda təşkilatçı qismində iştirak edib.
Beynəlxalq səviyyədə peşəkar fəaliyyəti onun 20 yaşında Avropada gənclər siyasəti ilə bağlı ən mühüm qərarların qəbul olunduğu Avropa Şurası Gənclər Məsələləri Üzrə Məsləhət Şurası və Proqram Komitəsinin üzvlüyünə seçilməsinə səbəb olmuş və 3 il mərkəzi Strazburqda olan bu mühüm qurumda təmsil olunmuşdur. Bu illər ərzində Avropa Gənclər Fondunun qərarlarının qəbulunda iştirak etmiş, müxtəlif ölkələrdə qurumun fəaliyyətilə bağlı mühazirələr vermişdir.

Donor təşkilatında iş təcrübəsi sayəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzvlüklə bağlı seçkilərdə müvəffəqiyyət qazanmış və bu günə qədər bu qurumun idarə olunmasında iştirak edir.

2008 – ci ildə “İrəli” İctimai Birliyinin sədri seçildikdən sonra Ceyhun Osmanlı adını Azərbaycan gənclər siyasətinə həmişəlik yaza bildi. Belə ki, onun peşəkar idarəetmə təcrübəsi sayəsində qısa zamanda “İRƏLİ” nəinki Azərbaycanın,hətta regionun ən güclü gənclər təşkilatına çevrildi.

2009-cu ildə “İRƏLİ”-nin fəaliyyəti Azərbaycanın 56 şəhər və rayonu üzrə 100.000-dən çox insanı əhatə etdi, eyni zamanda Avropanın 13 şəhərində təmsilçiliklər yaradıldı.

Ceyhun Osmanlının fəaliyyətinin coğrafiyası onlarla ölkəni əhatə etmişdir. Bunlara Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İspaniya, İtaliya, Latviya, Macarıstan, Moldova, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistan Krallığı, Şimali İrlandiya Krallığı, Kipr, Türkiyə, Ukrayna və s. misal ola bilər.

Ceyhun Osmanlı Azərbaycan Respublikasında 2008-ci ildə keçirilən Prezident seçkilərində Prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin vəkili olmuşdur.

Ailə vəziyyəti

2006 – cı ildən Aysel Osmanlı ilə evlidir. Həyat yoldaşı da çox işgüzar olduğu üçün Ceyhun Osmanlının işgüzar qrafikinə anlayış göstərir və tolerant yanaşır, bütün bunlara baxmayaraq isə ev və uşaqlarla bağlı işləri birgə uğurla idarə edirlər. Hətta bütün dostlar və digər ailə üzvlərinin qayğıları da heç bir zaman nəzərlərindən yayınmır…

Oğlanları Yunis və Yaqubun fotoları indidən “facebook”-da məşhurdur. Ceyhun Osmanlı vaxt məhdudiyyətindən dolayı uşaqlara kifayət qədər zaman ayıra bilməməkdən şikayətçi olsa da, imkan olan hər fürsətdə övladlarına yeni bir şey öyrətməkdən, sonra da uşaqların bunu təkrarlamasından həzz alır.

Bütün bunlardan başqa
Azərbaycan, Türk, Rus və İngilis dillərini sərbəst bilir.
Hobbiləri kitab oxumaq, poçt markaları toplamaq, üzmək, böyük tennislə məşğul olmaq və müxtəlif qızılgül növləri yetişdirmək və onlara qulluq etməkdir.

Advertisements

Şərhlər

  • Mətləb Əsgər  On Sentyabr 29, 2010 at 12:18 axşam

    Layiqdirsə seçilsin.

    PS. fikrimcə layiqdir.

  • Cosqun  On Fevral 6, 2011 at 11:00 axşam

    mence layiqli tek sexsdir bele gozel savadla secile biler

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: