Author Archives: ireliitm

Mərhum sabirabadlı şair Sabir Novruzovun ilk şeir kitabının təqdimat mərasimi keçirilib.

Mərhum sabirabadlı şair Sabir Novruzovun ilk şeir kitabı olan “Söz Allah Sevgisidir” kitabının təqdimat mərasimi keçirilib. Tədbir mərasimi mərhum Sabir Novruzovun uzun illər müəllim kimi fəaliyyət göstərdiyi 2 saylı N. Nərimanov adına orta məktəbdə baş tutub. Burada bir çox seçicilərlə görüşülmüş, çıxışlar zamanı Sabir Novruzovun ailəsi, dostları, müəllim yoldaşları kitabın çap olunmasında göstərilən dəstək və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər. Oxumağa davam et

Advertisements

Quruzma kəndində illik hesabat tədbiri təşkil olunmuşdur.

17 yanvar 1012-ci il tarixində Ceyhun Osmanlı Sabirabad Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Quruzma kənd İcra Nümayəndəliyinin illik hesabat tədbirində iştirak etmişdir. Əvvəlcə Quruzma kənd icra nümayəndəsi Eyvaz Fərzəliyev, daha sonra isə Quruzma kənd bələdiyyəsinin sədri Fazil Əliyev geniş hesabat məruzə etmişlər. Kənd əhalisi çıxışlar zamanı öz razılıqlarını ifadə edərək Quruzma icra nümayəndəliyindən əlavə bir neçə kəndi əhatə edən və müasir standartlara cavab verən 68 km-lik  “Qaraqaşlı-Narlıq” yolunun qısa zamanda çəkilərək istifadə verilməsinin əhaliyə göstərilən diqqət və qayğının bariz bir nümunəsi olduğunu bildirmişlər.

Tədbirdə çıxış edən Ceyhun Osmanlı 5 kəndi əhatə edən və 11000-dən yuxarı əhalisi olan Quruzma kənd İcra nümayəndəliyində yaşayan seçicilərə görülən və görüləcək işlər barədə məlumat vermişdir. Burada bir çox seçicilərlə görüşülmüş təklif və müraciətlər qeydə alınmışdır. Deputat yaxın aylarda Qəzli kəndində yeni xəstəxananın tikilərək vətəndaşların xidmətinə təqdim olunacağını bildirmişdir. Bu xəbər seçicilər tərəfindən böyük sevinclə qarşılanmış və görülən işlərə görə öz dərin minnətdarlıqlarını bildirmişlər. Sonda seçicilərlə xatirə şəkilləri çəkilmişdir.

Sabirabad rayonunda 20 yanvar qurbanlarının anım tədbiri keçirilmişdir

17 yanvar 2012-ci il tarixində Sabirabad rayonunda 20 yanvar hadisəsinin 22-ci il dönümünə həsr olunmuş tədbir təşkil olunmuşdur. Əvvəlcə rayon Ağsaqqallar şurasının sədri Şərif Məmmədbəyov həmin illərdə yaşadığı xatirələrdən söz açaraq gənclərə öz tövsiyyələrini bildirmişdir. Daha sonra söz verilən tarixçi müəllim Üzeyir Abbasov tarixi faktlara əsaslanaraq qanlı yanvar hadisələri barədə gənclərə ətraflı məlumat vermişdir. Oxumağa davam et

Millət vəkili Ceyhun Osmanlı büdcə müzakirələri zamanı təklif vermişdir.

Noyabrın 17-də Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan Hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2012-ci il dövlət və icmal büdcələri layihələrinin müzakirəsi keçirildi. Oxumağa davam et

Millət vəkili Ceyhun Osmanlı Argentinaya yola düşür

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) və Azərbaycanın Argentinadakı səfirliyinin 21-25 Noyabr 2011-ci il tarixləri arasında təşkil etdiyi  “Azərbaycan : Müstəqilliyin bərpasından keçən  20 il ərzində” mövzusunda konfransda iştirak etmək məqsədilə Argentinaya yola düşür. Parlament nümayəndə heyətinin tərkibində millət vəkilləri Ceyhun Osmanlı, Asim Mollazadə, Mirkazım Kazımov təmsil olunur . Oxumağa davam et

Ceyhun Osmanlı: “Cəmiyyətimizdə gənclərin kitaba olan marağını kütləviləşdirməyə ehtiyac var”

Oktyabr ayının sonuncu ongünlüyündə Bakıda Azərbaycan Gənclərinin VI Forumu keçirildi. Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə keçirilən 6-cı forumda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak ediblər. Oxumağa davam et

Ceyhun Osmanlı: “Azərbaycan müharibəni bir həftəyə başlayıb-bitirməyə qadirdir”

– Ötən ay Azərbaycanın ictimai-siyasi həyatında, xüsusilə də, gənclər sektorunda bir sıra önəmli hadisələr baş verdi. Bunlardan biri sizin də təşkilatçısı olduğunuz, Gəncədə keçirilən “Azərbaycanı Tanı” şüarlı Dünya Gənclər Festivalı oldu. Bu tədbirin keçirilməsi ideyası nədən doğdu və nə kimi əhəmiyyətə malikdir?

– Ümumiyyətlə, ölkəsini sevən hər bir kəsin ürəyində sadə, amma çox önəmli duyğular yatır ki, ölkəmizi daha çox insan tanısın, daha çox insanın həqiqətlərimiz barədə məlumatlansın, beynəlxalq müstəvidə bizə həmrəy olan insanların sayı artsın və daha çox yeni dostlar qazanaq. Oxumağa davam et

Депутат Джейхун Османлы обратился к руководящим лицам России

Председатель Общественного Объединения «Ирели» Джейхун Османлы направил обращение президенту Российской Федерации Д.А.Медведеву, премьер-министру Российской Федерации В.В.Путину, руководителю Администрации Президента Российской Федерации С.Е.Нарышкину, генеральному директору Всероссийской государственной телевизионной и радиовещательной компании О. Б. Добродееву.
В обращении говорится: Oxumağa davam et

Ceyhun Osmanlı Rusiyanın rəhbər şəxslərinə müraciət edib

“İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı Rusiya Federasiyası Prezidenti D.A.Medvedevə, Rusiya Federasiyası Baş naziri V.V.Putinə, Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri S.Y.Narışkinə, Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkətinin Baş direktoru O.B.Dobrodeyevə bəyanat ünvanlayıb.
Bəyanatda deyilir: Oxumağa davam et

Депутат Джейхун Османлы принял участие в конференции в Берлине

Депутат Джейхун Османлы был с визитом в Берлине для участия в конференции на тему «Образование – Перспективы – Достижения», посвященной 20-летию восстановления государственной независимости Азербайджанской Республики.

Конференция проходила при организационной поддержке посольства Азербайджана в Германии, немецкого представительства Госнефтекомпании Азербайджана (SOCAR) и Центра координации азербайджанцев Германии. Oxumağa davam et

%d bloqqer bunu bəyənir: