Millət vəkili Ceyhun Osmanlı büdcə müzakirələri zamanı təklif vermişdir.

Noyabrın 17-də Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan Hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2012-ci il dövlət və icmal büdcələri layihələrinin müzakirəsi keçirildi.

İclasda Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Milli Məclis sədrinin müavini Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və millət vəkilləri çıxışlarında növbəti ilin büdcə layihəsinin müsbət xarakterik xüsusiyyətlərini qeyd etməklə bəzi təkliflərini səsləndirdilər. Millət vəkilləri 2012-ci ildə də Azərbaycanın mövcud dinamik inkişafının davam edəcəyinə kifayət qədər əsaslı və real imkanlar olduğunu söylədilər.

Müzakirələr zamanı hökümət üzvləri ilə görüşdə Ceyhun Osmanlının çıxışının əsas tezisləri: “Tibbi sığorta haqqında qanunun qəbulu prosesinin sürətləndirilməsi”, “Səhiyyə xərclərinin tibbin yeni sahələri üzrə istiqamətlərinin zənginləşdirilməsi, konkret xəstəliklər üzrə proqnozların hazırlanıb profilaktika və müalicənin təşkili”, “Təhsil müəssisələrinin vergilərdən azad olunması”, “Yerli və əcnəbi tələbələr üçün tələbə yataqxanalarının inşası”, Aran rayonları xüsusilə Sabirabadla dair “Pambıqçılıqla bağlı dövlət proqramı”, “gənclər proqramı” və s məsələlər olmuşdur.

Advertisements
Post a comment or leave a trackback: Trackback URL.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: