Millət vəkili Ceyhun Osmanlı Argentinaya yola düşür

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) və Azərbaycanın Argentinadakı səfirliyinin 21-25 Noyabr 2011-ci il tarixləri arasında təşkil etdiyi  “Azərbaycan : Müstəqilliyin bərpasından keçən  20 il ərzində” mövzusunda konfransda iştirak etmək məqsədilə Argentinaya yola düşür. Parlament nümayəndə heyətinin tərkibində millət vəkilləri Ceyhun Osmanlı, Asim Mollazadə, Mirkazım Kazımov təmsil olunur .

Səfər çərçivəsində Parlament nümayəndə heyətimiz Argentina Respublikası Milli Kitabxanasında Azərbaycanla bağlı yaradılacaq fondun təqdimat mərasimində, Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşdə, həmçinin Argentina Beynəlxalq Əlaqələr Şurasınn prezidenti cənab Rodriguez Ciavarreni ilə görüşdə kiştirak edəcək. Ardınca Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Argentina Beynəlxalq Əlaqələr Şurası arasında əməkdaşlıq haqqında sənəd imzalanacaqdır. Daha sonra nümayəndə heyətimiz Argentina Beynəlxalq Əlaqələr Şurasında keçiriləcək “Azərbaycan : Müstəqilliyin bərpasından keçən 20 il ərzində” adlı konfransda iştirak edəcəklər.

Konfrans zamanı “Azərbaycan Respublikasının xarici siyasəti: prioritetlər və çağırışlar”, “Azərbaycanın İnkişaf Strategiyası” ,“Azərbaycanın xarici siyasəti: BMT-nin Təhlükəsizlik Şurasına gedən yol”,“Dağlıq-Qarabağ: münaqişənin tarixi və perspektivləri”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “Azərbaycanın neft və qaz siyasəti və alternativ enerji marşrutları. Azərbaycan Xəzər regionunda Avropa və Asiya arasında körpü kimi”,  “Azərbaycan və Argentina: potensial tərəfdaşlar”, “Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələr”, “Azərbaycanla parlamentlərarası əlaqələr”, “Azərbaycanla elm, texnologiya və innovasiya sahəsində əlaqələr” mövzularında fərqli panellərdə müzakirələr aparılacaq.

Millət vəkili Ceyhun Osmanlı “Azərbaycanın neft və qaz siyasəti və alternativ enerji marşrutları. Azərbaycan Xəzər regionunda Avropa və Asiya arasında körpü kimi” panelində çıxış edəcək, həmçinin digər panellərdə də söz alacaqdır. Millət vəkili Asim Mollazadə  “Azərbaycan İnkişaf Strategiyası” mövzusunda çıxış edəcək, Mirkazım Kazımov isə Azərbaycanın son illərdə Argentina ilə parlamentlararası münasibətlərə verdiyi önəmdən bəhs edəcəkdir.

Qeyd olunan tədbirlərdə CARİ-nin prezidenti Adalberto Rodriguez Giavarini, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, CARİ-də MDB ölkələri üzrə İşçi Qrupun üzvü  Ricardo Torres, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktor müavini  Gülşən Paşayeva, CARİ-də MDB ölkələri üzrə İşçi Qrupun koordinatoru Graciela Zubelzú, Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirinin müavini Lorenzo Basso, Argentina Milli Konqresinin Nümayəndələr Palatasında Azərbaycanla Dostluq Qrupun sədri Roberto Mouilleron, Argentina Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin İkitərəfli məsələlər üzrə kordinatoru  Karina Pombo və s şəxslər iştirak edərək çıxışlar edərək.

Səfər 25 Noyabr 2011-ci il tarixində yekunlaşacaqdır.

Advertisements
Post a comment or leave a trackback: Trackback URL.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: