Ceyhun Osmanlı Rusiyanın rəhbər şəxslərinə müraciət edib

“İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı Rusiya Federasiyası Prezidenti D.A.Medvedevə, Rusiya Federasiyası Baş naziri V.V.Putinə, Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri S.Y.Narışkinə, Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkətinin Baş direktoru O.B.Dobrodeyevə bəyanat ünvanlayıb.
Bəyanatda deyilir:

“İlk növbədə bəyan etmək istəyirik ki, bu məktub yalnız onun müəlliflərinin deyil, həm də müstəqil Azərbaycanın yüz minlərlə vətəndaşının mövqeyini əks etdirir. Buna görə də, sizdən bu bəyanata xüsusi diqqətlə yanaşmağı rica edirik.

Yəqin ki, sizlər Rusiyanın “Vesti FM” radiostansiyasının jurnalisti Vladimir Solovyovun “Utro s Vladimirom Solovyovım. Polnıy kontakt” (“Vladimir Solovyovla Səhər. Tam əlaqə”) proqramında bütün Azərbaycan xalqının ünvanına qalmaqallı və təhqiredici nitqlə çıxış etməsi barədə məlumatlısınız. Solovyovun nitqindən bir neçə sitat gətirərək, diqqətinizi iş yerinə görə “jurnalist”, davranışa görə “irqçi” olan bu şəxsin düşünülməmiş və təhqiramız xarakter daşıyan sözlərinin səbəb ola biləcəyini bir sıra təhlükəli tendensiyalara yönəltmək istəyirik.

Əvvəla, birgə səylər nəticəsində son illər ölkələrimiz arasında münasibətlər normal axara daxil olmaqla yanaşı, həm də kifayət qədər ciddi inkişaf tempi qazanıb. Sözsüz ki, belə münasibətlərdən sadə insanlar, ölkələrimizin vətəndaşları daha çox fayda götürür. Və heç bir kəsin, o cümlədən də Solovyovun şəxsi istək əsasında bütöv xalqa qarşı belə ciddi və düşünülməmiş təhqirlər səsləndirmək üçün heç bir mənəvi haqqı yoxdur. Bəli, biz gözəl anlayırıq ki, həm bizim, həm də sizin ölkənizdə Azərbaycan-Rusiya münasibətlərinə yanaşması subyektiv xarakter daşıyan insanlar var, biz başa düşürük ki, Solovyovun dövlət radiostansiyasının efirində səsləndirdiyi təhqirlər bütün Rusiya xalqının, bir çox nümayəndələrini Azərbaycanla mehriban dostluq münasibətlərinin bağladığı xalqın rəyi deyil. Biz hesab edirik ki, radiostansiyanın rəhbərliyi də öz məsuliyyətini dərk etməlidir, çünki Rusiyanın dövlət radiosunun aparıcılarından belə cəfəngiyyatı eşidən hər bir azərbaycanlıda Rusiyanın rəsmi KİV-nin ümumilikdə Azərbaycan xalqına qarşı səmimiyyətinə müəyyən şübhələr yarana bilər. Azərbaycanda rus xalqının nümayəndələrinə dost münasibətləri bəsləyirlər və Azərbaycanın rus icmasının üzvlərini bunu təsdiqləyə bilər. Əvvəllər də belə olub və həmişə belə olacaq və bəzi rusiyalı jurnalistlər belə çıxışlar edərkən, ilk növbədə bunu xatırlamalıdırlar.

İkincisi, azərbaycanlıları “Rusiyaya köç etmiş”, “bazar çadırları quran”, “bizim mədəniyyətimizə tüpürən”, “qaçan qara qırğılar” adlandıran Solovyov dahi ifaçı Müslüm Maqomayev, müasir Rusiya şərqşünaslığının banilərindən biri Mirzə Kazım Bəy, general-mayor, komosun görkəmli tədqiqatçısı Kərim Kərimov, “rus artilleriyasının allahı” general Əliağa Şıxlinskinin və başqalarının Rusiya mədəniyyəti və elminin inkişafına verdikləri qiymətsiz töhfəni yəqin ki unudur – əlbəttə, əgər Solovyov nə vaxtsa bu faktları bilirdisə, nəyə ki biz çox şübhə edirik. Azərbaycanlıları rus mədəniyyətinə saymazyana münasibət göstərməkdə ittiham etməzdən əvvəl Solovyov nəzərə almalıydı ki, həqiqətən də rus əhalisi və rus dilinə əsasən mənfi münasibətin olduğu bir çox keçmiş sovet məkanı ölkələrindən fərqli olaraq, Azərbaycanda rusdilli məktəblər fəaliyyətini davam etdirir, ali təhsil məktəblərində isə rus bölmələri mövcuddur.

Solovyovun sözləri Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsində maraqlı olanlar üçün əlverişli zəmin yarada bilər. Bizim fikrimizcə, belə çətin beynəlxalq şəraitdə belə növ təxribatları günahsız qoymaq sadəcə partlayış təhlükəsinə göz yummaq deməkdir. Biz, Rusiyanın hazırkı Baş naziri – V.V.Putinin Rusiyada etnoslararası münasibətlərin gərginləşməsini istəyənləri “axmaq” və “ucuz təxribatçı” adlandırdığını yaxşı xatırlayırıq. Əlavə olaraq, o, hüquq-mühafizə orqanlarından Rusiya qanunvericiliyinə müvafiq olaraq, belə növ faktların ortaya çıxmasına vaxtında reaksiya göstərməyi tələb edib.

Belə təxribatçıların qanun qarşısında məsuliyyətiszliyə görə cavab vermək vaxtı çatıb. Başqa cür, belə hallar hər iki tərəfdə geniş yayıla bilər ki, bundan da Azərbaycan-Rusiya münasibətləri heç bir şey qazanmayacaq.

Nəhayət, azərbaycanlıları ermənifobiyada ittiham edən Solovyov, yəqin ki, ermənilərin Xocalıda qətlə yetirdikləri o günahsız uşaq və qadınları xatırlamalı və yalnız bundan sonra Ermənistan-Azərbaycan qarşıdurmsının səbəbləri haqqında hər hansı bir mülahizələr səsləndirməlidir. Erməni əsilli Rusiya vətəndaşının reysdən çıxarılmasının səbəblərinə gəldikdə isə, “Azərbaycan Hava Yolları”nın nümayəndələri bu səbəbləri çoxdan izah ediblər.

Biz inanırıq ki, Rusiya rəhbərliyi və Rusiya xalqı bu xoşagəlməz vəziyyətin ədalətli həlli üçün zəruri müdriklik göstərəcək və bir zamanlar irqçilik və faşizm təzahürlərindən ciddi zərər çəkmiş ölkə kimi, Rusiya belə növ təzahürlərin hələ rüşeym şəklində olduğu vaxt qarşısının alınması üçün əlindən gələni edəcək.

Hörmətlə,

Ceyhun Osmanlı,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
20.000 insanı öz sıralarında birləşdirən “İrəli” İctimai Birliyinin sədri”.

http://gun.az/politics/19760

Advertisements
Post a comment or leave a trackback: Trackback URL.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: